“O, “Arsenal” üçün vacib futbolçudur” – Emeri

Bir müddət əvvəl “Arsenal”ın baş məşqçi postundan göndərilən Unay Emeri açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “topçular”dan ayrılması ilə bağlı danışan ispan mütəxəssis, Məsut Özilin oynamaması haqda da fikirlərini bildirib:

“Mövsümə yaxşı başladıq. Amma zaman keçdikcə gerilədiyimizi, sabitlik problemi yaşadığımızı qəbul edirəm.

Özillə bir neçə dəfə danışdım, o, “Arsenal” üçün vacib futbolçudur. Sadəcə meydanda aqressiv olması ilə bağlı problemi var. Onun meydanda özünü rahat hiss etməsi üçün yanındakı futbolçuları da ona uyğun seçmək lazımdır. Heyətdəki digər futbolçular onunla birlikdə oynamaq üçün çox çalışsalar, Özil komanda üçün daha faydalı olacaq”.

Emeri, “Arsenal”a baş məşqçi təyin olunan Mikel Arteta ilə bağlı da danışıb:

“O, karyerasında daha da irəliləməyə hazırdır. Mikel əvvəllər “Arsenal”da oynayıb, daha sonra Pep Qvardiola ilə birlikdə çalışıb. Onun uğurlu təyinat olduğunu düşünürəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button