“Nyukasl” “Real”ın hücumçusu üçün təklif göndərə bilər

“Real”ın hücumçusu Qonsalo Qarsiya İngiltərə Premyer Liqası klubunun maraq dairəsindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Nyukasl” ispaniyalı futbolçunu transfer hədəfi kimi müəyyən edib. “Sağsağanlar” hücum xəttini gücləndirməyi planlaşdırır və yay transfer dövründə oyunçu üçün “Real”a təklif göndərə bilər.

Qarsiyanın Madrid klubu ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button