Asensionun agenti ilə danışıb – İngiltərə klubu

“Real”ın yarımmüdafiəçisi Marko Asensio karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. 

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispan futbolçuya “elçi düşənlər”dən biri də “Nyukasl”dır.

Daha əvvəl Asensio ilə maraqlanan klub, yenidən futbolçu uğrunda mübarizəyə başlayıb. Onlar oyunçunu almaq üçün “Barselona”, “Liverpul” və “Arsenal”la yarışacaq.

Söhbət Asensionun azad agent kimi sərbəst müqavilə imzalamasından gedir, çünki onun “Real”la anlaşması 2023-cü ildə başa çatır. Artıq “Nyukasl”ın nümayəndələri futbolçunun agenti ilə danışıqlar aparıb.

26 yaşlı Asensio bu mövsüm “Real”ın heyətində 4 oyuna çıxıb, 1 qol vurub.

Daha əvvəl İspaniya mətbuatı “kral klubu”nun Markoya yeni müqavilə təklif etmək niyyətində olmadığını yazıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button