Hou “Qarabağ”a 4 qol vuran futbolçu haqda: “Ondan çox razı qaldım”

“Nyukasl”ın baş məşqçisi Eddi Hou, Entoni Qordonun mərkəz hücumçusu kimi performansını şərh edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis, Qordonun bu mövqe üçün həqiqətən yaxşı keyfiyyətləri olduğunu bildirib:

“Qordonun bu mövqe üçün həqiqətən yaxşı keyfiyyətləri var. O, çox aktiv təzyiq göstərir və bunu nə vaxt, necə edəcəyini anlayır. Bir neçə qolumuz onun top qazanması sayəsində vuruldu və bu, təsadüfi deyil, oyunu çox yaxşı oxumasının nəticəsidir. Onun çıxışından çox razı qaldım”.

Qordon iki gün əvvəl, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı (6:1) keçirilən oyunda 4 qol vurub. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.

İngiltərəli futbolçu bu mövsüm 36 matçda ümumilikdə 14 dəfə fərqlənib və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button