“Nyukasl” Türkiyə klubundan təklif alıb

“Beşiktaş” müdafiə xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Nyukasl”ın kapitanı Camal Lassellsi heyətinə qatmağı planlaşdırır.

“Qara qartallar” 30 yaşlı mərkəz müdafiəçisi üçün Premyer Liqa klubuna rəsmi təklif göndərib.

“Nyukasl” Camal Lassellsi 2015-ci ilin yayında “Nottingem Forest”dən transfer edib. İngiltərəli futbolçu bu mövsüm “sağsağanlar”ın heyətində meydana çıxdığı 22 matçda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button