
Elmar Baxşıyev: “Zirə”nin daha çox heç-heçə üçün oynadığını görmək mümkün idi”
“Qarabağ” dünən UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda evdə Bolqarıstan ÇSKA-sı ilə bərabərə (0:0) qaldı. “Zirə” isə Konfrans Liqasının eyni mərhələsinin birinci matçında səfərdə Estoniya “Payde”sinə uduzdu – 0:1.
Hər iki oyunla bağlı fikirlərini öyrənmək üçün “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyevlə əlaqə saxladıq. Baxşıyev Komanda.az-a açıqlamasında hər iki oyunun təmsilçilərimiz üçün çətin keçdiyini bildirdi:
“Dünənki oyunların hər iki komandamız üçün ağır keçdiyini vurğulamağ olar. “Qarabağ” oyun planında üstün olsa da, nəticəni qələbəyə çatdırmaq mümkün olmadı. Çoxsaylı epizodlar var idi ki, dəyərləndirə bilmədilər.
“Zirə”yə gəlincə, hər iki komandanın daha çox heç-heçə üçün oynadığını görmək mümkün idi”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



