“Nyukasl” – “Qarabağ” matçı azarkeş sayına görə fərqləndi

UEFA Çempionlar Liqasında çıxışını başa vuran “Qarabağ”ın “Nyukasl”la səfər oyunu daha bir statistik göstərici baxımından diqqət çəkib.

Komanda.az  xəbər verir ki, pley-off mərhələsinin cavab oyununun qarşılaşması azarkeş sayına görə fərqlənib.

“Sent Ceyms Park” stadionunda keçirilən oyunu arenadan 50 min 68 tamaşaçı izləyib.

Bu matç azarkeş baxımından sıralamada 4-cü yeri tutub. “Qarabağ” səfərdə rəqibinə 2:3 hesabı ilə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button