“Nyukasl” 200 milyon avro istəyir – 2 futbolçusu üçün

“Nyukasl” rəhbərliyi Avropanın digər klublarının da maraq göstərdiyi hücumçu Aleksander İsak və yarımmüdafiəçi Bruno Gimarayeşi yüksək qiymətləndirir.

Komanda.az “Deadlinedaylive”-ə istinadən xəbər verir ki, İngiltərə klubu oyunçularını yalnız onların hər biri üçün ən azı 100 milyon avro təklif edildikdə satmağa razı olacaq.

Daha əvvəl “Real”, “Barselona” və Premyer Liqanın aparıcı klublarının bu futbolçulara maraq göstərdiyi bildirilirdi.

“Nyukasl” İngiltərə çempionatının cari mövsümündə uğursuz çıxış edir. Komanda 34 oyundan sonra turnir cədvəlində 7-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button