Nurmətovadan beynəlxalq turnirdə bürünc medal

Azərbaycanın stolüstü tennisçisi Mərziyyə Nurmətova Türkiyədə keçirilən beynəlxalq turnirin mükafatına layiq görülüb.

Komanda.az xəbər verir ki, Antalyada təşkil olunan “Pro-Tur” yarışının qrup mərhələsində Almaniya və Türkiyə idmançılarını üstələyən Nurmətova 1/8 finalda türkiyəli rəqibini, ardınca komanda yoldaşı Aylin Əsgərovanı mübarizədən kənarlaşdırsa da, yarımfinalda Çin Taypeyi idmançısına uduzaraq bürünc medalla kifayətlənib.

Xatırladaq ki, seçmə komandamızın digər üzvü Yağmur Məmmədli turnirin gümüş mükafatına layiq görülüb.

Sabah Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Adil Əhmədzadədən ibarət komandamız mübarizəyə qatılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button