Noyer və De Xea “Əl-Nəsr”in təklifini rədd edib

“Əl-Nəsr” qış transfer pəncərəsində iki qapıçı ilə müqavilə imzalamaq istəyib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu “Bayern”in qapıçısı Manuel Noyer və hazırda azad agent olan qapıçı David De Xeaya 30 milyon avro maaşla müqavilə təklif edib. Lakin hər iki futbolçu bu təklifi qəbul etməyib.

Bildirilir ki, səudiyyəlilər hazırda yüksək səviyyəli qapıçı axtarırlar və onların siyahısında Jan Oblak, Andre Ter Ştegen, Andrey Lunin və Keylor Navas yer alır.

“Əl-Nəsr” 20 turda 49 xal toplayaraq Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində ikinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button