“Bayern”də fikir ayrılığı yaranıb – Tuxelə görə

“Bayern”in bəzi futbolçuları baş məşqçi Tomas Tuxelin növbəti mövsümdə komandada qalacağına ümid edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Manuel Noyer və Tomas Müller alman mütəxəssisin postunu tərk etməməsində israrlıdırlar. Onlar Tuxeli saxlamaq üçün klub rəhbərliyini inandırmağa çalışırlar.

“Bayern” artıq Tuxelin mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. Klub onu əvəzləməyə əsas namizədin Hans-Diter Flik olduğunu bildirib. Lakin tərəflər hələ də razılığa gələ bilməyiblər.

Münhen komandası hazırda 72 xalla Bundesliqada ikinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button