Novruzov üçün 45 dəqiqə və 1 xal

Futbol üzrə Estoniya çemponatında 6-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Legion” ilə qarşılaşıb. Futbolçmuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Novruzov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 6 turdan sonra 2 xalla sonuncu pillədədi.