Kapitan: “Növbəti mərhələni də keçəcəyimizə inanırıq” – Müsahibə

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında Rusiyanın “Arsenal” klubuna 3:0 hesabıyla qalib gələn “Neftçi”nin kapitanı Emin Mahmudov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, milli üzvü “ağ-qaralar”ın növbəti mərhələdəki şanslarını da dəyərləndirib:

  • Oyundan gözləntilər başqa idi, amma 3:0 hesablı qələbə qazandız. Bunu nəyə borclusuz?
  • Müdafiədə çox yaxşı çıxış etdik. Əsas məqsədimiz rəqibə futbol oynamağa icazə verməmək idi. Müdafiədə daha çox oynamağa çalışırdıq.
  • İlk dəqiqələrdən oyununuz alınmadı. Bəlkə də, həmin müddətdə qol buraxsaydız, hər şey başqa cür ola bilərdi.
  • Futboldur, belə hallar olur. Onlara şans verməməyə çalışırdıq. Əsas istəyimiz bu idi.
  • Növbəti mərhələdə rəqibiniz “Bney Yehuda”dır. “Arsenal” səddini keçmək, komandaya daha da inam verdi. Növbəti mərhələdə şansları necə dəyərləndirirsiz?
  • Növbəti mərhələni də keçəcəyimizə inanırıq.
  • İsrail klubları ilə görüşdə Azərbaycan təmsilçiləri uğurlu nəticə əldə edə bilməyib.
  • Rusiya klubları ilə görüşlərdə də heç vaxt qələbə qazana bilməmişdik. Məncə, yenə bir ilk edə biləcəyik.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button