Qvardiola söz verdi

İngiltərə Premyer Liqasının son turunda “Brayton”a qalib gələrək, çempion olan “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, karyerasının ən çətin çempionluğunu yaşadığını deyib:

“Liverpul”u təbrik etməli, eyni zamanda onlara təşəkkür etməliyik. Mövsüm ərzində bizi çətin vəziyyətə saldılar və səviyyəmizi yüksəltməyimizə kömək etdilər. Keçən mövsüm topladığımız 100 xaldan sonra bu dəfə 98 xal almaq inanılmazdır. Bu çempionluğu qazanmaq üçün ardıcıl 14 oyunda qalib gəlmək məcburiyyətində qaldıq. Rəqibin səviyyəsinə görə, bu, karyeramda qazandığım ən çətin çempionluq oldu”.

48 yaşlı mütəxəssis, növbəti mövsümə daha yaxşı hazırlaşmağın vacib olduğunu deyib:

“Gələcək mövsümə daha yaxşı hazırlaşmalıyıq. Daha güclü bir şəkildə qayıtmağımız lazımdır. “Liverpul” yenə bu yarışda qalacaq və digər komandalar da güclənəcək. “Mançester Yunayted”, “Çelsi”, “Arsenal”, “Tottenhem” daha güclü komandalar olacaq. Buna baxmayaraq, bu çətinliyi qəbul edirəm. Növbəti mövsüm daha yaxşı olacağımıza söz verirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button