Millinin üzvü məşqdə huşunu itirdi

Nigeriya millisinin üzvü Samuel Kalu məşqdə huşunu itirib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, Afrika Millətlər Kubokunun ilk oyununa hazırlaşan Nigeriya millisinin son məşqində Kalu huşunu itirərək, yerə yıxılıb. Həkimlərin müdaxiləsindən sonra özünə gələn Kalu, məşqi yarımçıq tamamlayıb. Həkimlər 20 yaşlı yarımmüdafiəçiyə gün ərzində çox su qəbul etməsini tövsiyyə edib.

Nigeriya Futbol Federasiyası Kalunun son durumunun yaxşı olduğunu və Afrika Millətlər Kubokunda Burundi yığması ilə keçiriləcək qarşılaşmada iştirak edə biləcəyini açıqlayıb.

Nigeriya – Burundi matçı bu gün, saat 21:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button