Nigeriya Afrika Millətlər Kubokunda 3-cü oldu

Futbol üzrə Afrika Millətlər Kubokunda 3-cü yer uğrunda oyun keçirilib.

Komanda.az xəbər verir ki, bürünc medallar uğrunda yarımfinalda məğlub olmuş iki kollektiv – Tunis və Nigeriya yığmaları qarşılaşıb.

Oyunun taleyini 1 qol həll edib. Nigeriyalı futbolçu İqalonun 3-cü dəqiqədə rəqib qapısından keçirdiyi top onun komandasına bürünc medal qazandırıb – 1:0.

Qeyd edək ki, Afrika Millətlər Kubokunun finalında Seneqal və Əlcəzair milli komandaları üz-üzə gələcək. Həlledici oyun iyulun 19-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button