Getse ilə davam

Niderlandın PSV klubu futbolçusu Mario Getse ilə müqaviləni yeniləyib.

Komanda.az xəbər verir ki, Eyndhoven təmsilçisi alman futbolçu ilə sözləşmənin müddətini 2024-cü ilin yayına qədər artırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Getse 2020-ci ilin oktyabrından PSV-də çıxış edir. O, daha əvvəl “Bayern” və Dortmund “Borussiya”sında forma geyinib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button