“Ayaks” yeni futbolçu ilə gücləndi

Niderlandın “Ayaks” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Amsterdam təmsilçisi “Qou Ehed İqlz”dan Cey Qorteri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı qapıçı ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

“Ayaks” Qorter üçün klubuna bir milyon avro ödəyəcək.