Niderland klubunda koronavirus təlaşı: 9 nəfər yoluxdu

Niderlandın “Alkmaar” klubunda 9 nəfər koronavirusa yoluxub.

Komanda.az Niderland mətbuatına istinadən xəbər verir ki, klubda 9 nəfərin koronavirus testi pozitiv nəticələnib. Virusa yoluxanlardan dördü əsas heyətin, ikisi gənclər komandasının üzvüdür, digər üç nəfər isə klub işçisidir. Həmin şəxslərin adları açıqlanmayıb. Onlar karantinə alınıb.