“Neymar bu layihənin əsas lideri ola bilər” – Kaka

Braziliya millisinin keçmiş futbolçusu Kaka PSJ-nin hücumçusu Neymarla bağlı açıqlama verib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, 37 yaşlı sabiq futbolçu, Neymarın Paris klubunda qalmasına sevindiyini deyib:

“Onun PSJ-də qalmağının yaxşı olduğunu düşünürəm. Bu, həm onun üçün, həm də klub üçün yaxşıdır. PSJ hər zaman böyük bir komanda yaratmağa, Çempionlar Liqasını qazanmağa çalışır. Neymar bu layihənin əsas lideri ola bilər. Bu ilin onun üçün əla olacağına inanıram”.

Yay transfer pəncərəsi dövründə Neymarın “Barselona”ya qayıdacağı gözlənilsə də, bu transfer baş tutmadı.