Neymar “Barselona”ya təklif olundu

“Barselona” PSJ-nin hücumçusu Neymarı 50 milyon avroya transfer etmək təklifi alıb.

Komanda.az “El Chiringuito TV”-yə istinadən xəbər verir ki, Kataloniya klubuna PSJ-dən vasitəçilər zəng edib. “Barselona”ya Paris klubu ilə danışıqlarda heç bir problem olmayacağı vəd edilib.

Eyni zamanda, 30 yaşlı braziliyalının özü də “Barsa”ya qayıtmaq istəyir. Bu, hücumçunun getməyə hazır olduğu yeganə klubdur.

Lakin indi kataloniyalılar Neymarı transfer etmək variantını nəzərdən keçirmir, çünki bütün diqqətlərini “Bayern”nin hücumçusu Robert Levandovskinin transferinə yönəldiblər.

Neymar ötən mövsüm PSJ-də 28 oyunda 13 qol vurub və 8 məhsuldar ötürmə edib. Hücumçunun klubla müqaviləsi 2025-ci il iyunun 30-na kimidir.

Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib.