“Neymar “Barselona”dan ayrılmaq istəyəndə…” – Luis Suares

İspaniyanın “Barselona” klubunun hücumçusu Luis Suares PSJ-nin futbolçusu Neymarla bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, uruqvaylı futbolçu, Kataloniya klubuna transferi alınmayan Neymarla bağlı bunları deyib:

“Neymar “Barselona”dan ayrılmaq istəyəndə, Lionel Messi ilə birlikdə onunla danışdıq. Onun üçün ən yaxşı komandanın “Barselona” olduğunu dedik, amma onu qərarından döndərə bilmədik.

Sonra isə o, “Barselona”ya qayıtmaq üçün hər şey etdi, amma bu, alınmadı”.

2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə transfer olunan braziliyalı futbolçu, yenidən Kataloniya klubuna qayıtmaq istəyirdi. Amma klublar arasında aparılan danışıqlar nəticəsiz qaldığından, Neymar karyerasını Paris klubunda davam etdirəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button