Keysuke Honda Bakıya gəldi FOTO

“Neftçi”yə transfer olunacağı gözlənilən Keysuke Honda Azərbaycana gəlib.

Komanda.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi səhər saatlarında Bakıya çatıb. Bu barədə “Neftçi TV”nin əməkdaşı İsmayıl Abdullayev “facebook” hesabında paylaşım edib. “Neftçi”nin yaxın zamanda Honda ilə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalayacağı gözlənilir.

98 dəfə Yaponiya millisinin formasını geyinən Honda, 2014-2017-ci illər aralığında “Milan”ın uğurları üçün çalışıb. Yarımmüdafiəçi son olaraq Braziliyanın “Botafoqo” klubunda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button