“Neftçi” rəsmisindən Azər Əliyevin statusu ilə bağlı açıqlama

“Neftçi”nin yeni transferi Azər Əliyev azərbaycanlı futbolçu statusunda oynayacaq.

Komanda.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin idman direktoru Zaur Əzizov klubun rəsmi televiziyasına açıqlamasında deyib:

“Azər Əliyev azərbaycanlıdır. Bununla bağlı açıqlama veriləcək. Onunla bütün danışıqlar doğma dildə olub”.

Əliyev “Neftçi” ilə 3,5 illik müqavilə imzalayıb.