“Neftçi”nin ikinci rəqibi dəyişdi

“Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi dəyişib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Macarıstanın “Fehervar” klubu zədəlilərinin çox olması ilə əlaqədar “Neftçi” ilə sınaq matçından imtina edib. Buna görə də “ağ-qaralar” iyunun 24-də Sloveniyanın “Domjale” klubu ilə qarşılaşacaq.

“Domjale” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək və “Neftçi” TV vasitəsilə canlı yayımlanacaq.

“Neftçi” Sloveniya toplanışı çərçivəsində ilk yoxlama oyununu iyunun 21-də “Kodeljevo Sport Ljubljana” stadionunda yerli “Olimpiya” (Lyublyana) klubuna qarşı keçirib (1:1). “Ağ-qaralar” iyunun 29-u Moskva “Spartak”ı ilə üz-üzə gələcək.