“Neftçi”nin şikayəti təmin edilmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin tərcüməçisi Vüqar Əliyev tərəfindən verilən apellyasiya şikayətini təmin etməyib.

Komanda.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ki, İntizam Komitəsinin mayın 3-də verdiyi qərar qüvvədə saxlanılıb.

Vüqar Əliyev “Turan Tovuz”la Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab matçında (2:0) rəqibin rəsmi şəxslərinə qarşı qeyri-etik hərəkətlər etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün beş oyunluq cəzalanıb, paytaxt təmsilçisi isə 4000 manat məbləğində cərimələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button