“Neftçi”nin sabiq prezidentinə UEFA-dan yeni təyinat

“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.

Komanda.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Qazaxıstanda yerli “Kızıljar”la Kiprin APOEL komandası arasında keçiriləcək cavab oyununda UEFA nümayəndəsi olacaq.

Sözügedən qarşılaşma avqustun 11-də keçiriləcək. İlk qarşılaşmada Nikosiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.