“Neftçi”nin oyunu üçün bilet satışı başladı

Misli Premyer Liqasının 5-ci turunda keçiriləcək “Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Qiyməti 1 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) manat təşkil edən biletləri “iTicket.az”ın satış məntəqələrindən əldə etmək olar. “Bakcell Arena”nın kassalarında isə biletlər oyun günü saat 10:00-dan etibarən satışda olacaq.

Sentyabrın 3-də keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button