“Neftçi”nin kapitanı: “Qalib gəlmək istəyirik”

“Neftçi”nin kapitanı Emin Mahmudov Avropa Liqasının 3-cü mərhələsi çərçivəsində Finlandiyanın HİK komandasına qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Sabahkı oyuna hazırıq. Finlandiya komandası fiziki baxımdan bizdən yaxşı ola bilər. Amma biz öz meydanımızda oynayacağıq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirərək, qalib gəlmək istəyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button