“Neftçi”nin adı “Dinamo” ilə hallanan futbolçusu ilə bağlı açıqlama

“Neftçi”nin hücumçusu Dembo Darbonun agenti Florian Biba onun “Dinamo”ya (Brest) keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Komanda.az xəbər verir ki, “football.by” portalına danışan agent məlumatı təkzib edib:

“Darbonun “Dinamo”ya keçəcəyi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Onun “Neftçi” ilə 2026-cı ilin yayına qədər olan müqaviləsi var”. 

Daha əvvəl qambiyalı futbolçunun transferin detallarını müzakirə etmək üçün Belarusda olduğu bildirilirdi. 26 yaşlı futbolçu 2024-cü il avqustun 28-də “Neftçi”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button