“Neftçi”ni zəif adlandıra bilmərəm” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Vacib oyun idi. Oyunçularımın yaxşı oynaması mənim üçün önəmli idi. Komandada yorğunluq var idi. Düşünmədiyimiz zədələr ola bilərdi. Bir neçə oyunçumuzda şübhəli məqamlar oldu. Azarkeşlərin dəstəyi çox əla idi.

“Zirə” ilə matçda rəqib daha yaxşı müdafiə olunurdu. Razı olmadığım məqam təcrübəsiz oyunçuların özlərini ələ almaqları idi. Futbolçularımı başa düşürəm, onlar da insandırlar, yorulurlar. Futbolçularımdan razı qaldım. Onların yorğunluğu məni narahat edir. Ümumən, universallıq ola bilməz.

“Neftçi”ni zəif adlandıra bilmərəm. Sadəcə futbolçularım daha yaxşı idilər. Qol imkanları çox oldu. “Neftçi” hər zaman nəticələri olan komandadır.

Ümumən, bütün komandalara qarşı oynamaq mənim üçün çox xoşdur. Hər oyunda çətinlik olur. Matçların həm yaxşı, həm də yaxşı olmayan tərəfləri olur.

Maksim daha çox təcrübənin hesabına oynadı. Onunla oyundan öncə danışmışdıq.

Ramilin qol epizodlarında qapıçı çox yaxşı oynadı. Şeydayev fərqlənməyi bacardı. O, yaxşı çıxış etdi”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button