“Neftçi”dən ayrıldı, Türkiyə klubu ilə müqavilə bağladı

“Neftçi” mövsümlərarası fasilədə daha bir futbolçusu ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, müdafiəçi Mert Çeliklə yollar ayrılıb.

Bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Türkiyənin “Başakşəhər” klubundan icarəyə götürülmüş 23 yaşlı oyunçu ilə sözləşmənin müddəti uzadılmayıb. Bu üzdən futbolçuya xidmətlərinə görə təşəkkür edən “Neftçi”, ona gələcək karyerasında uğurlar arzulayıb.

Mert Çelik 2020-ci ilin sentyabrından bu yana formasını geyindiyi “Neftçi”nin heyətində 52 oyun keçirib, 2 qol vurub.

Artıq gənc futbolçunun yeni iş yeri də məlumdur. Onu Türkiyənin “Bandırmaspor” klubu icarəyə götürüb.

Xatırladaq ki, “Neftçi” daha əvvəl Sezar Meza Kolli və Vato Arveladze ilə də vidalaşmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button