“Neftçi” “Zirə” ilə oyuna ciddi itki ilə çıxacaq

“Neftçi” klubu bu gün “Zirə” ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının 23-cü tur matçı ərəfəsində futbolçu itkisi ilə üzləşib.

Komanda.az xəbər verir ki, bu barədə klub televiziyasına “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı açıqlama verib.

O bildirib ki, sol cinah müdafiəçisi Tallison Diasın ötən gün məşqin sonunda arxa əzələsində dartılma müşahidə olunub.

Zöhrablının sözlərinə görə, hazırda onun vəziyyəti sabit olsa, meydana çıxma ehtimalı yoxdur: “Futbolçunun müalicəsi davam edir. Əvəzində zədələrini bərpa edən Əhməd Əhmədov və Fəhmin Muradbəylinin fiziki durumları ilə bağlı problem yoxdur və oyunda iştirak edə biləcəklər. Komandadan götürülmüş koronavirus testlərinin nəticəsi də mənfidir”.

Qeyd edək ki, bu gün keçiriləcək “Neftçi” – “Zirə” matçına saat 20:15-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button