“Neftçi” və “Qəbələ”nin 64-cü dueli

Bu həftə Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları keçiriləcək.

Komanda.az xəbər verir ki, “Qəbələ” turun ilk oyun günündə meydana çıxacaq.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda səfərdə “Neftçi” ilə qarşılaşacaq.

“Bakcell Arena”da baş tutacaq matç rəqiblərin 64-cü dueli olacaq. Komandalar indiyədək 63 dəfə görüşüb. Hesabında 18 qələbə olan “Qəbələ” 17 heç-heçə edib və 28 dəfə məğlub olub. Rəqib qapısına 74 qol vuran “Qəbələ” futbolçuları 91 top buraxıblar.

Bu oyun Premyer Liqa çərçivəsində 59-cu duel olacaq. Əvvəlki 58 matçda 17 qələbəsi olan “Qəbələ” 14 dəfə bir xalla kifayətlənib və 27 dəfə uduzub. Rəqib qapısına 67 dəfə yol tapan “qırmızı-qaralar” 86 top buraxıb.

“Neftçi” ilə səfərdə 32-ci dəfə görüşəcək “Qəbələ” rəqib meydanında 9 dəfə qalib gəlib, 8 heç-heçə edib və 14 dəfə uduzub. Əyalət təmsilçisi səfərdə 36 qol vurub, 45-ni buraxıb.

Xatırladaq ki, aprelin 14-də “Bakcell Arena”da keçiriləcək matça saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button