“Neftçi” “Aris”i darmadağınla keçdi

“Neftçi” bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” Bakıda Kiprin “Aris” komandası ilə qarşılaşıb.

“Neftçi” səfərdə keçirilən oyunda “Aris”ə 0:2 hesabı ilə uduzmuşdu. Paytaxt təmsilçisi növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalı idi, özü də, azı üç top fərqi ilə. Əks halda, “Neftçi”nin avrokubok macərası elə ilk addımdaca başa çatacaqdı.

“Neftçi” 3:0 hesablı qələbə qazanmaqla, Konfrans Liqasının növbəti mərhələsinə vəsiqə əldə edib.

UEFA Konfrans Liqası, 2-ci təsnifat mərhələsi
Cavab oyunu (ilk oyun 0:2)

28 iyul

Neftçi – Aris (Kipr) 3:0
Qol: Q.Donyo, 38. E.İsrafilov, 57. K.Sayef, 62.
Hakimlər: Bastian Dankert, Yan Zaydel, Eduard Baytinqer, Sven Yablonski (hamısı Almaniya)
Bakı. “Bakcell Arena”

Neftçi: 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov, 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov
Baş məşqçi: Laurentsiu Regekampf.
Aris: 1. Vana, 3. Kaju, 7. Leo Benqtsson, 8. Morqan Braun, 13. Delmiro Nasçimento, 14. Artur Yannik Qomis, 20. Stiv Yaqo, 21. Mixlali Mayambela, 27. Martin Sloqar, 31. Frants Brorsson, 37. Yulius Syoke.
Ehtiyat oyunçular: 70. Mixalis Papastilianu, 90. Ellinas Sofroniu, 5. Kostas Pileas, 9. Daniel Sikorski, 30. Aleks Muketu-Mussunda, 58. Yevgeni Yablonski, 65. Yanis Dede Lomme, 72. Floriss Cave, 80. Çavi Babiçka.
Baş məşqçi: Aleksey Şpilevski.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button