“Sabah” “Qəbələ”ni məğlub yola saldı

Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun oyunları üç günü əhatə edib. Açılış matçında “Neftçi” “Sumqayıt”ı qəbul edib. Avropa Liqasının 2-ci təsnifat mərhələsində sentyabrın 17-də “Qalatasaray”la qarşılaşacaq “ağ-qaralar”, “Sumqayıt”ı məğlub edərək, hesabına 3 xal yazdırmaq niyyətindəydi. Amma bu görüş “Sumqayıt”ın inamlı qələbəsiylə başa çatıb.

İlk turda “Sabah” üzərində qələbəyə sevinən “Qarabağ”, bu dəfə səfərdə “Keşlə”nin qonağı olub. Bu oyunda isə qapılara qol vurulmayıb.

Daha bir qarşılaşma dünən keçirilib. İlk oyunda “Qəbələ” ilə səfərdə qollu bərabərə qalan “Zirə” bu dəfə “Səbail”in qonağı olub. Rəşad Sadıqovun çalışdırdığı komanda səfərdən qələbə ilə qayıdıb.

Turun son matçında isə “Sabah” bu gün “Qəbələ”ni qəbul edib. İlk turda “Qarabağ”a məğlub olan paytaxt təmsilçisi bu oyunda xal hesabını açmağa çalışıb. “Sabah” buna darmadağınla nail olub.

Azərbaycan Premyer Liqası, 2-ci tur

11 sentyabr

Neftçi – Sumqayıt 0:2
Qol: Ə.Qurbani, 14; 46.
Qırmızı vərəqə: A.Krivotsyuk, 83 (ikinci sarı).
Hakimlər:
Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
8-ci km stadionu.

Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 2. Cabir Əmirli, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 10. Saman Nərimancahan, 13. Prins İbara, 26. Ömər Buludov, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 40. Vüqar Həsənov.
Baş məşqçi: Füzuli Məmmədov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 21. Adəm Həmati, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 10. Rəhim Sadıxov, 33. Eltun Turabov, 4. Kərəm Sultanov, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 18. Süleyman Əhmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.

______________________________________________________________________________

Keşlə – Qarabağ 0:0
Hakimlər:
Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Hakim-inspektor: Ceyhun Haşımov.
“ASK Arena”.

Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov (k), 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 23. Artur Batista, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 6. Rəşad Sadiqov, 7. Rəhman Hacıyev, 10. Cavid İmamverdiyev, 8. Tural Axundov, 20. Rail Məlikov, 16. Alvaro Tavares, 99. Rafael Məhərrəmli, 97. Xəzər Mahmudov.
Baş məşqçi: Yunis Hüseynov.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Gerye, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.

______________________________________________________________________________

12 sentyabr

Səbail – Zirə 1:2
Qol: Ü.Abbasov, 80-pen – D.Volkov, 47. R.Qurbanov, 67-pen.
Matçın 55-ci dəqiqəsində Rauf Əliyev penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Vüqar Həsənli, Rahil Ramazanov, Kamran Bayramov, Orxan Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “ASCO Arena”

Səbail: 96. Nikolas Hagen, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 28. Məqsəd İsayev, 8. Lema Mabidi, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 19. Elgün Nəbiyev, 22. Əfran İsmayılov, 16. Peyman Keşavarzi, 13. Əli Sadıxov, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
Zirə: 1. Mateus Albino, 91. Ruslan Qurbanov, 4. Elvin Camalov (k), 2. Sərtan Taşkın, 14. Rəşad Eyubov, 13. Şəhriyar Rəhimov, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 8. İlkin Muradov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 17. Kayo Rangel, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Rəşad Sadıqov.

______________________________________________________________________________

13 sentyabr

Sabah – Qəbələ 3:0
Qol: C.Diniyev, 17. B.Mustafazadə, 27. R.Şeydayev, 64.
Qırmızı vərəqə: S.Alxasov, 77 (ikinci sarı).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Hakim-inspektor: Fariz Yusifov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Masazır. “Bank Respublika Arena”

Sabah: 1. Saşa Stamenkoviç (k), 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 30. Mario Marina, 10. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqes, 5. Nikola Vuyadinoviç, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 11. Ozan Can Kökcü, 60. Abbas Ağazadə, 29. Ceyhun Nuriyev, 77. Veysəl Rzayev.
Baş məşqçi: Visente Qomes.
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 70. Ülvi İsgəndərov, 77. Merab Giqauri, 32. Nikolas Raysel, 22. Rodriqo Qattas, 13. Yurgen Qoxa, 2. Vinko Medimoreç, 10. Rövlan Muradov, 55. İdris İnqilablı.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, . Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 26. Stefan Vukçeviç, 17. Yaovi Akakpo, 19. Samir Qurbanov, 71. Rüfət Əhmədov.
Baş məşqçi: Elmar Baxşıyev.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button