“Neftçi”: Son məşq və mətbuat konfransının vaxtı bilindi

Avropa Liqasının 1-ci təsnifat mərhələsində Moldovanın “Speranta” klubu ilə qarşılaşacaq “Neftçi”nin son məşqinin və mətbuat konfransının vaxtı məlum olub.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordinin mətbuat konfransı iyulun 10-da, “Zimbru” stadionunun mətbuat zalında keçiriləcək və Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Konfransdan sonra, saat 20:00-da isə komandanın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.

“Speranta” – “Neftçi” oyunu iyulun 11-də, saat 21:00-da “Zimbru” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button