“Neftçi” “Roma” ilə oyunda minimal hesabla uduzdu

“Neftçi” PFK-nın U-17 komandası İtaliyanın paytaxtı Romada təşkil olunan Skopinyo Kubokunda ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, baş məşqçisi Rəşad Hüseynov olan “ağ-qaralar” “Roma” klubu ilə qarşılaşıb və minimal hesabla uduzub.

“Neftçi” C qrupundakı sonuncu matçında sabah “Lodiciani” klubu ilə üz-üzə gələcək.

İtaliyanın “İnter”, “Latsio”, “Napoli”, “Salernitana”, “Ternana”, “Pol Kantalis”, “Napoli Yunayted”, Türkiyənin “Fənərbaxça”, Braziliyanın “Fluminense” klublarının da iştirak etdiyi turnirə sentyabrın 2-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button