“Neftçi” rəsmisindən AFFA-nın bəyanatı ilə bağlı açıqlama

“Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Turan Tovuz”u qəbul edib və 0:1 hesabı ilə uduzub.

Oyundan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin Media üzrə koordinatoru Rüstəm Əfsərli son vaxtlar klubun adının tez-tez çəkildiyi hakimlik məsələsi ilə bağlı fikirlərini bildirib. O, xüsusən də, “Şamaxı” – “Neftçi” matçından (2:2) sonra AFFA Hakimlər Komitəsinin yaydığı bəyanata toxunub. Klub rəsmisi sadəcə, bəzi oyunlarda hakimliklə bağlı narazılıqları olduğunu, ümumilikdə, AFFA Hakimlər Komitəsinin işindən narazı olmadıqlarını deyib:

“Bizim AFFA Hakimlər Komitəsinin işi ilə bağlı hansısa sualımız yoxdur. Əksinə, gördüyü işlərdən çox məmnunuq. İslahatlar aparılır, irəli doğru addımlar atılır ki, bu işlərlə bağlı hansısa iradımız yoxdur. Suallarımız sadəcə bəzi hakim qərarları ilə bağlıdır. Özünüz də gördüz ki, bu mövsüm hakim qərarlarından ən çox əziyyət çəkən komandayıq. Xal itkilərimiz olub bu qərarlara görə. Bununla bağlı suallarımız var idi.

“Şamaxı” ilə oyundan sonra hakimliklə bağlı şikayətimizə görə AFFA Hakimlər Komitəsinin yaydığı bəyanatda müəyyən fikirlər var idi ki – ictimai fikri yayındırmaq, spekuliyasiya, oyun qaydalarının yozulmasında şəxsi maraqlar – bunlar “Neftçi”yə eyham vurularaq istifadə oluna bilməz. Bunu bildirmək istərdik”.

Nəzrin Kazımlı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button