
“Neftçi” qış hazırlığına start verdi
“Neftçi” qış təlim-məşq toplanışına start verib.
Komanda.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 4-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yola düşən komanda paytaxt Əbu-Dabidə ilk məşqə çıxıb.
“Neftçi” BƏƏ-də 3 yoxlama matçı keçirəcək. Komanda yanvarın 9-da “Kayrat” (Qazaxıstan), 13-də “Piramids” (Misir), 16-da isə “Çenqdu Ronqçenq” (Çin) klubları ilə üz-üzə gələcək.
“Neftçi”nin toplanışı yanvarın 17-dək davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



