“Neftçi” – “Qarabağ” matçının başlama saatı açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün sonuncu – 28-ci turunun oyun cədvəli açıqlanıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həlledici turun görüşlərinin hamısı mayın 19-da keçiriləcək.

“Neftçi” və “Qarabağ” komandaları arasında keçiriləcək və çempionluğun taleyinə aydınlıq gətirəcək qarşılaşma Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da baş tutacaq. Bu oyuna saat 20:30-da start veriləcək.

Turun digər üç oyunu isə eyni saatda – 18:00-da başlayacaq. İki görüş “CBC Sport” telekanalı vasitəsilə, digər iki qarşılaşma isə PFL-in rəsmi saytında canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası, 28-ci tur

19 may (çərşənbə)

“Səbail” – “Sumqayıt”
Bakı. “ASCO Arena”, 18:00 (canlı/Pfl.az).

“Sabah” – “Zirə”
Masazır. “Bank Respublika Arena”, 18:00 (canlı/”CBC/Sport”).

“Keşlə” – “Qəbələ”
Bakı. “ASK Arena”, 18:00 (canlı/Pfl.az).

“Neftçi” – “Qarabağ”
Bakı. “Dalğa Arena”, 20:30 (canlı/”CBC/Sport”).