“Neftçi” növbəti transferini açıqladı – VİDEO

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” Hayfa “Makkabi”sinin hücumçusu Qodsvey Donyonu heyətinə qatıb.

Bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib. Amma 27 yaşlı qanalı futbolçu ilə müqavilənin detalları açıqlanmayıb.

Donyo karyerasına ölkəsində başlayıb. Onun ilk peşəkar klubu isə “Mançester Siti” olub. Qodsvey İngiltərə nəhənginə keçdikdən sonra İsveçin “Yurqarden” klubuna icarəyə verilib. 2014/2015 mövsümündə isə o, “Falkenberqs”də oynayıb. Daha sonra o, “Nordsyelland” klubuna transfer olunub. Donyo 4 il oynadığı Danimarka klubunda 76 dəfə meydana çıxıb və 26 qola imza atıb. Daha sonra Drezden “Dinamo”sunda 6 ay icarədə oynayıb. 2020-ci ildən isə Hayfa “Makkabi”sində çıxış edirdi. O, bu komanda ilə meydana çıxdığı 54 oyunda 13 dəfə rəqib qapılarına yol tapıb.

Paytaxt klubu daha öncə İsrailin “Aşdod” klubundan yarımmüdafiəçi Ataa Caberi heyətinə qatmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button