Rəsmi: “Neftçi”nin futbolçusu “Səbail”də

“Neftçi” klubu yetirməsi Mirabdulla Abbasovla 2019/2020 mövsümünün sonunda bitməli olan müqavilənin müddətini artırıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, anlaşmaya görə, 24 yaşlı hücumçu 2020/2021 mövsümünün sonunadək “Neftçi”nin üzvü olacaq.

Abbasov daha çox oyun təcrübəsi qazanmasına görə başqa kluba icarəyə verilməsi üçün “Neftçi” rəhbərliyinə müraciət edib. Klub rəhbərliyi bu addımın həm gənc futbolçunun, həm də gələcəkdə “Neftçi” üçün faydalı olacağını nəzərə alaraq, müraciəti müsbət dəyərləndirib. Hücumçu daha çox oyun təcrübəsi qazanması üçün qarşıdakı mövsümün sonunadək “Səbail” klubuna icarəyə verilib.

Mirabdulla Abbasov 2014-2016, 2017-2019-cu illər ərzində “Neftçi”nin heyətində 66 oyuna çıxıb, 13 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button