“Neftçi” yarımmüdafiəçisiylə müqaviləni yenilədi – rəsmi

“Neftçi” klubu Namik Ələskərovla müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə qarşıdan gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb.

Ələskərov “Neftçi”də keçirdiyi 4 mövsüm ərzində 94 oyunda meydana çıxıb, 13 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button