
“Neftçi” bu gün “Kayrat”la qarşılaşacaq
“Neftçi” və “Sumqayıt” komandaları bu gün qış təlim-məşq toplanışında ilk yoxlama oyunlarını keçirəcəklər.
Komanda.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə hazırlıq prosesi keçən Bakı klubu Qazaxıstanın “Kayrat” komandası ilə üz-üzə gələcək.
Qarşılaşma saat 17:00-da start götürəcək.
Türkiyənin Antalya şəhərində toplanışda olan “Sumqayıt” isə Macarıstanın “Pakş” komandası ilə görüşəcək. Bu matç saat 16:00-a təyin edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



