Ahmedovun “Neftçi”yə keçidinin detalları: transfer məbləği və maaşı bilindi

“Neftçi” Bolqarıstanın ÇSKA klubundan 6 aylıq icarəyə götürdüyü Ahmed Ahmedovu yayda birdəfəlik transfer edə bilər.

Komanda.az “topsport.bg” saytına istinadən xəbər verir ki, “ağ-qaralar” mövsümün sonunda Ahmedovu komandada saxlamaq istəsə, Sofiya təmsilçisinə 150 min avro ödəməli olacaq. Bundan başqa, 25 yaşlı hücumçu “Neftçi”də ÇSKA-dakından ikiqat çox məvacib alacaq.

“Neftçi” Ahmedou 6 aylıq icarəyə götürüb. Hücumçunun ÇSKA ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button