Nazim Süleymanov Şirvanda da təşkilat yaratdı

Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələri Şirvana səfər edib.

Komanda.az xəbər verir ki, bu səfərin əsas məqsədi Şirvanda ittifaqın yerli təşkilatını yaratmaq olub.

Qurumun sədri Nazim Süleymanov, üzvləri, Səmadağa Şıxlarov və Novruz Əzimovun iştirak etdiyi iclasda Tahir Əliyev yerli futbol ictimaiyyətinin səsverməsi ilə Şirvan şəhəri üzrə təşkilatın rəhbəri seçilib.

Tahir Əliyev keçmiş SSR dövründə məşhur turnirlərdən hesab olunan “Dəri topu” yarışının qalibi olub. İttifaqin sədri Nazim Süleymanov keçirilən iclasda bildirib ki, bununla da, bölgələr üzrə yaradılan yaradılan təşkilatın sayı 4-ə çatıb və yaxın günlərdə Sumqayıtda da analoji addım atılacaq.

Qurum indiyə qədər İmişli, Masallı və Lənkəranda yerli təşkilatlar yaradıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button