Nazarovun komandası kubokla erkən vidalaşdı

Futbol üzrə Almaniya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də yeni mövsümdə ilk matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda Bundesliqa iştirakçısı “Maynts”la qarşılaşıb. Qarşılaşma elita təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb. Nəticədə “Ersgebirge” Almaniya kubokuyla startdaca vidalaşmalı olub.

Nazarov da bu matçın iştirakçısı olub. Komandasını kapitan kimi meydana çıxaran yarımmüdafiəçi 79-cu dəqiqədə əvəzlənib. O, 61-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button