Nazarovun komandası “Hamburq”a böyük hesabla uduzdu

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 3-cü turdan təxirə salınmış bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” səfərdə “Hamburq”la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3. Nazarov bu matçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Cari mövsümdə ilk məğlubiyyətini alan, 4 oyundan sonra 7 xala malik “Ersgebirge” 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.