Nazarovdan cari mövsümdə 10-cu qol

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 27-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə “Nürnberq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da Dmitri vurub. O, 51-ci dəqiqədə komanda yoldaşının ötürməsini dəqiq baş zərbəsiylə tamamlamaqla cari mövsümdə vurduğu qolların sayını 10-a çatdırıb.

27 turdan sonra 38 xala malik “Ersgebirge” 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button